Dünya

Asanova qarşı cinayət işi qaldırıldı

14 Avqust 2019 16:49
0 Şərh     Baxış: 780

Qırğızıstanın Daxili İşlər nazirinin eks-müavini Kursan Asanova qarşı cinayət işi qaldırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması zamanı Asanov ölkənin Daxili İşlər rəhbəri Kaşkar Cunuşaliyevin əmrinə tabe olmayıb. O, bu addımına görə "vəzifədən sui-istifadə etmə" maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bundan başqa, onunla bağlı "özbaşına qərar qəbul edib daxili işlər orqanı əməkdaşlarını təhlükə altında qoyma" faktının da qeydə alındığı bildirilir.

Xatırladaq ki, Kursan Asanov Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə danışıqlar apararaq Xüsusi Xidmət Orqanları əməkdaşlarına təslim olmağı üçün razı salmışdı. Asanov bu hadisədən sonra vəzifəsindən azad edilmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.