Dünya

Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub

14 Avqust 2019 08:40
0 Şərh     Baxış: 1 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə ölkənin baş prokuroru Otkurbek Camşidov məlumat verib.

O deyib ki, Bişkekdəki "Forum" binası, sabiq prezidentin nəzarət etdiyi "Aprel" televiziya kanalı və digər obyektlər onların arasındadır.

Xatırladırıq ki, sabiq prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 adam yaralanıb, bir xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov aldığı yaralardan komaya düşüb, müalicəni davam etdirmək üçün sonradan Moskvaya aparılıb.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.