Dünya

Qasırğa bu ölkədə 44 nəfərin həyatına son qoydu

12 Avqust 2019 11:53
0 Şərh     Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin şərqində "Lekima" qasırğasının qurbanlarının sayı 44 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin daşqınlarla mübarizə üzrə Qərargahının məlumatında deyilir.

Məlumata əsasən, Çjetsyan əyalətində ölənlərin sayı 39 nəfərə çatıb, 9 nəfər isə itkin düşmüş sayılır. Ölkənin Şandun əyalətində qasırğa 5 nəfərin həyatına son qoyub, 7 nəfər isə itkin düşmüş sayılır.

Bildirilir ki, qasırğa Çjetsyan əyalətinə 24,2 milyard yuan (3,4 milyard dollar), Şandun əyalətinə isə 1,6 milyard yuan (təxminən 200 milyon dollar) birbaşa iqtisadi ziyan vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.