Dünya

Amerikalı milyarder həbsxanada intihar etdi

10 Avqust 2019 18:46
0 Şərh     Baxış: 1 137

Amerikalı milyarder Ceffri Epşteyn həbsxanada yatdığı kamerada intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı xəbər verib.

Bu ilin iyul ayında həbs edilən milyarder orada hakim qarşısına çıxacağı günü gözləyirmiş. Cinayətləri sübut olunacağı təqdirdə onu 40 ildən çox həbs müddəti gözləyirdi. 

Qeyd edək ki, milyarder onlarla azyaşlı qızı fahişəliyə cəlb etməkdə ittiham olunurdu. O, 2002-2005-ci illlərdə Nyu-Yorkda və Floridada yerləşən iqamətgahlarında qəbul etdiyi azyaşlı qızlarla cinsi münasibətdə olub. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.