Dünya

İranda kanalizasiya qazından 9 nəfər zəhərləndi, 3 ölü

10 Avqust 2019 18:32
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Bircənd şəhərində kanalizasiyada yaranan qaz nəticəsində 9 nəfər zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bircənd meriyasının fövqəladə hallar idarəsinin icra direktoru Əli Hüseyni deyib.

Ə.Hüseyninin sözlərinə görə, 4 mərtəbəli binanın zirzəmisində yaşayan ailə kanalizasiyaya xlor töküb.

Nəticədə kanalizasiya quyusunda metan və digər öldürücü qazlar artıb. 3 nəfər həlak olub, biri komadadır.

İdarə rəsmisi bildirib ki, hadisədə 5 yanğınsöndürmə əməkdaşı da zəhərlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.