Dünya

Zelenski Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 10 milyarda çatdırmaq istəyir

8 Avqust 2019 23:53
0 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçirilən Ukrayna-Türkiyə Biznes forumunda qeyd edib ki, rəsmi Kiyev Ankara ilə ikitərəfli ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmaq istəyir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ukraynanın dövlət başçısı deyib: "Biz Türkiyə ilə biznesi inkişaf etdirmək istəyirik. Təkcə qardaş Türkiyənin iri şirkətləri ilə deyil, həmçinin bütün biznes assosiasiyaları ilə birgə fəaliyyət göstərmək niyyətindəyik".

Ölkəsinin biznes planlarından bəhs edən Prezident qeyd edib ki, Ukrayna infrastruktur layihələrinə 20 milyard dollar sərmayə qoyub. Bu layihələrə 15 aeroport və beş liman daxildir. O, Türkiyənin iş adamlarını da yeni layihələrdə fəal iştirak etməyə çağırıb.

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib ki, Türkiyənin inşaat firmaları indiyədək Ukraynada 5,9 milyard dollar həcmində layihələrin həyata keçirilməsində iştirak ediblər. O, bu fəaliyyətin bundan sonra da davam edəcəyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.