Dünya

Tayvanda güclü zəlzələ: işıqlar söndü, qatarlar dayandı

8 Avqust 2019 18:12
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanda Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində İlan əyalətində elektrik enerjisinin verilişi dayanıb.

Bölgədə on minlərlə sakin işıqsız qalıb.

Bununla yanaşı, yeraltı təkanlar nəqliyyatın hərəkətini də iflic edib. Bəzi bölgələrdə qatarların hərəkəti dayanıb, bəzi yerlərdə isə sürət həddi saatda 60 kilometrədək azaldılıb.

Qeyd olunur ki, bir neçə saatlıq fasilədən sonra elektrik enerjisi və qatarların hərəkəti bərpa edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.