Dünya

Atambayevin iqamətgahına xüsusi əməliyyat olub - 1 ölü, 52 yaralı var - YENİLƏNİB - VİDEO

8 Avqust 2019 09:53
0 Şərh     Baxış: 4 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

09:53

Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 50 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

Qeyd edək ki, daha bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

09:30

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin evinin ərazisində yanğın başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər verib. Həmin ərazidən atəş və güllə səsləri eşidilməkdədir. 

"TASS" yazır ki, istirahətdə olan Qırğızıstan prezidenti Sooronbay Jeenbekov də artıq paytaxt Bişkekə yola düşüb.

**

Keçmiş prezidentin tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan qarşıdurma nəticəsində yaralananların sayı 15-ə çatıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar. 

**

Yaralıların sayı 40-ı ötüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.