Dünya

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb - VİDEO - FOTO

7 Avqust 2019 20:03
0 Şərh     Baxış: 3 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:03

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, A.Atambayevin vəkili bildirib ki, xüsusi təyinatlılar keçmiş prezidentin evinə yaxınlaşıblar, ərazidən atəş səsləri eşidilib.

A.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinin qarşısında barrikada quraraq xüsusi təyinatlılara mane olmaq istəyib. 10-dan artıq şəxsin yaralandığı bildirilir.

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.

---------

19:51

Qırğızıstanda ölkənin keçmiş prezidenti Almazbek Atambayevin həbsi ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyata başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" xəbər verib. Atambayevin imarətgahına hücum nəticəsində tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. 10 nəfər xəsarət alıb. Yaralıların arasında jurnalistlərin də olduğu qeyd edilir.

Qeyd edək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir. İyunun 20-də Qırğızıstan parlamenti Atambayevə qarşı onun törətdiyi müxtəlif cinayətlərlə bağlı ittihamlar irəli sürüb. O, əsasən, korrupsiyada, torpaqların qanunsuz zəbt olunmasında və digər cinayətlərdə günahlandırılır.

A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. İyunun sonunda parlament keçmiş prezidentin toxunulmazlığını ləğv edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.