Dünya

“Avromaydan” zamanı xüsusi qəddarlığı ilə fərqlənən polkovnik bu dəfə Moskvada iş başında - FOTO

4 Avqust 2019 12:29
1 Şərh     Baxış: 2 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Otən gün Moskvanın Bulvarnaya prospektində müxalifət tərəfdarlarının azad seçkilər tələbi ilə keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasının dağıdılması zamanı ukraynalı polkovnik gözə dəyib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Moskvanın mərkəzində mitinqçiləri dağıdan "Rosqvardiya" döyüşçülərinin komandirləri arasında Ukraynanın xüsusi təyinatlı "Berkut" polis polkunun keçmiş komandir müavini Sergey Kusyuk da yer alıb.

Xəbər verildiyi kimi Moskva şəhər Dumasına seçkilərdə müxalifətçi namizədlərin qeydə alınmamasına etiraz olaraq keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri 600-dən çox etirazçını saxlayıb. Polis və "Rosqvardiya" etirazçılara qarşı xüsusi qəddarlıqla güc tətbiq edib, saxlanılanlar arasında jurnalistlər, müxalifət lideri Aleksey Navalnının Korrrupsiyaya qarşı Mübarizə Fondunun fəalları və digərləri, habelə təsadüfən yoldan keçənlər və aksiyaya heç bir aidiyyatı olmayanlar da var. Aksiyanın keçirildiyi ərazidə mobil rabitə bloklanıb.

Bildirilir ki, polkovnik Sergey Kusyuk mitinqi dağıdanlara rəhbərlik edənlərdən biri olub. Onun barəsində Ukraynada bir neçə cinayət işinin qaldırıldığı məlumdur. Ukraynada hakimiyyət dəyişikliyindən sonra Kusyuk Krıma qaçıb, daha sonra Moskva OMON-unda işə keçib və ilk dəfə 2017-ci ilin iyununda mitinqlərin dağıdılmasında iştirak edib.

 

Сегодня на акции в числе командиров был бывший замкомандира полка киевского "Беркута" полковник Кусюк. Фото: "Протестная Россия"

Посмотреть изображение в Твиттере
 

Polkovnik Kusyuk 2011-2014-cü illərdə Kiyevdə keçirilən etirazlar zamanı məşhurlaşıb. 2012-ci ildə o, br qrup "Berkut" döyüşçüsü ilə birlikdə, mülki geyimdə Kiyevin "İppodrom" metro stansiyası qarşısında etiraz aksiyasının iştirakçılarına hücum edib, bir neçə nəfəri şil-küt edib, çənələrini, qol qabırğalarını sındırıb.

Kiyevdə 2013-cü ilin sonlarında başlayan və Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən "Avromaydan" hərəkatı zamanı Kusyuk "Berkut" polkunun komandir müavini kimi etirazçılarla döyüşüb, meydan hərəkatının qərargahının yerləşdiyi binaya hücuma başçılıq edib. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevdə səfərdə olduğu bir vaxtda etirazçıların qərargahını dağıdıb.

Hakimiyyət dəyişikliyindən sonra onun barəsində Kiyevdə bir neçə cinayət işi qaldırılıb və barəsində beynəlxalq axtarış elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.