Dünya

Zelenski: Valideynlərimi iki aydan çoxdur görmürəm

3 Avqust 2019 21:47
0 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də baş tutan andiçmə mərasimindən bəri valideynlərini görmədiyini söyləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı "Ukrainskaya Pravda" nəşri yayıb. Məlumata görə, Zelenski anasının hər gün ona zəng etdiyini bildirib:

"İki aydır ki, onları görmürəm, bəlkə də bir az artıq. Andiçmə mərasimində idilər, bundan sonra görüşə bilmədim. Anam gündə ən azı bir dəfə zəng edir və telefonu götürməyəndə inciyir".

Zelenski valideynlərinin avqustun 9-da onunla görüşə gələcəyini bildirib.

Qeyd edək ki, Zelenski bundan öncə aylıq maaşı ilə gündəmə gəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.