Dünya

İndoneziyada 7 bal gücündə zəlzələ baş verdi - Sakinlər yüksək ərazilərə qaçır

2 Avqust 2019 18:17
0 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Sumatra adasında rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Tanqeranq şəhərindən 228 kilometr məsafədə, yerin 49 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanların 6,8 bal gücündə olduğunu yazır. Tələfat və dağıntılar barədə rəsmi məlumat yoxdur. Lakin yerli sakinlər sosial mediada fəsadların olduğu barədə məlumatlar paylaşır.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Sahilyanı ərazilərdə yaşayan sakinlər yüksək ərazilərə qaçır. Hakim dairələr xilasediciləri bölgəyə göndərib.  

Qeyd edək ki, son iki ay ərzində İndoneziyada təsir dairəsi 6 baldan çox olan 4 güclü zəlzələ baş verib. Tələfat və dağıntı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.