Dünya

Rusiyada dəhşətli hadisə: 4 azərbaycanlı diri-diri yandı - VİDEO

30 İyul 2019 16:56
0 Şərh     Baxış: 7 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Kirov vilayətinin istintaq komitəsi məlumat yayıb. 

Bildirilir ki, yanğın istixana kompleksində baş verib. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizinin yanıb.

Məlumata görə, ölənlərin hamısı azərbaycanlıdır. Onlar 1957, 1965, 1991 və 1996-cı il təvəllüdlü həmvətənlərimizdir. Onlardan biri istixananın sabiq rəhbəridir. 

2017-ci ildə istifadəyə verilən və ümumi sahəsi iki hektar olan kompleksdə ümumilikdə 20 işçi olub. 

Qəzanın səbəbləri və dəymiş zərərlə bağlı araşdırmalar aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.