Dünya

Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı artıb

28 İyul 2019 17:35
0 Şərh     Baxış: 453

Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan fövqəladə halların idarə edilməsi üzrə xidmətindən bildiriblər.

Qeyd edilir ki, daha bir nəfərin meyiti Pşaveli-Omalo yolunda tapılıb:

"Xilasetmə işləri bu gündən etibarən yenidən başlayıb. Ağır texnika da cəlb edilib".

Qeyd edək ki, iyulun 27-də Gürcüstanda yük maşını 400 metr dərinliyində dərəyə aşıb.

Bildirilir ki, yük maşınında ümumilkdə 12 nəfər olub. Onlar Zemo Alvani kəndindən Omalo kəndinə gedirlərmiş.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.