Dünya

Kanadada hidrotəyyarə qəzaya düşdü: 4 ölü, 5 yaralı

27 İyul 2019 12:19
0 Şərh     Baxış: 316

Kanada sahillərində hidrotəyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

"Cessna 208" təyyarəsinin Kalvert adasında çarter reysi ilə uçduğu bildirilir. Qəzanın səbəbi ilə bağlı ilkin ehtimal olaraq hava şəraiti qeyd edilir, belə ki, həmin vaxt hava yağışlı olub, görüntü məhdudiyyəti yaranıb.

Qəza ilə bağlı başqa detallar açıqlanmır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.