Dünya

ABŞ Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar ayıracaq

27 İyul 2019 09:17
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pentaqon Meksika ilə sərhəddə divar ucaldılması üçün 2,5 milyard dollar ayıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ Ali məhkəməsi büdcə pullarının sərhəd divar üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib.

Bundan sonra ABŞ prezidenti Donald Trampın administrasiyası ayrılan vəsaiti divarın ucaldılmasına xərcləyə bilər.

Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.