Dünya

İtlər evdə yatan uşağı ilandan belə qorudular - Ölkə bu görüntülərdən danışır - VİDEO

26 İyul 2019 11:38
4 Şərh     Baxış: 5 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Flippində baş verən təsirli hadisə bütün dünyanın diqqətini çəkib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Filippinin Kidapavan şəhərində iki it evdə yatan azyaşlı qızı qorumaq üçün kobrayla dalaşıblar.

Belə ki, Maxie və Miley adlı itlər Skye adlı uşaq evdə yatarkən onu qorumaq üçün həyətə daxil olan ilanı dişləyib, tapdalayıblar.

Lakin bu onlardan birinin canı bahasına başa gəlib. İtlərdən biri ölüb, digəri isə zəhərin təsirindən kor qalıb.

İlan ölüb, o, uşağın olduğu yerə keçə bilməyib.

Həmin anın görüntüləri evə quraşdırılan kameraya düşüb. Ev sahibi görüntüləri sosial şəbəkələrdə paylaşıb. Kadrlar qısa zamanda bütün dünyaya yayılıb.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.