Dünya

Poroşenko Dövlət İstintaq Bürosunda dindirilir

25 İyul 2019 19:39
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın sabiq prezidenti, "Avropa həmrəyliyi" partiyasının lideri Petro Poroşenko Dövlət İstintaq Bürosuna gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, rəsmi olaraq 8 avqustda dindirilməyə çağırılsa da, bu gün sorğu-sual olunmaq üçün büroya gedib.

Qurumun mətbuat katibi Anjelika İvanova keçmiş dövlət başçısının 1 saatdan az olmayaraq dindiriləcəyəyini bildirib.

Qeyd edək ki, hazırda büro Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 8 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.