Dünya

Meksikada helikopter qəzası: ölənlər var

25 İyul 2019 10:17
0 Şərh     Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Miçoakan ştatında helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Silvano Aureoles öz "Twitter" səhifəsində yazıb.

S.Aureoles bildirib: "Dərin hüznlə bildirirəm ki, qəzaya uğrayan helikopterdə ştatın polis əməkdaşı Xose Martin Qodoy Kastro, sosial sığorta sisteminin rəhbəri German Orteqa və iki pilot olub. Heç kim sağ qalmayıb".

Onun sözlərinə görə, qəzanın mümkün səbəblərindən biri hava şəraiti olub. Hazırda mütəxəssislər qəzanın dəqiq səbəbini araşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.