Dünya

Nazirdən qorxunc açıqlama: “Bizə qarşı çıxanı doğrayaraq öldürəcəyik” - FOTO

24 İyul 2019 20:39
0 Şərh     Baxış: 3 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin miqrasiya naziri Nabila Makram Sisi rejimini tənqid edənləri doğrayaraq öldürməklə təhdid edib.

Makramın Torontoda qatıldığı iclasdakı çıxışı sosial medianın gündəminə düşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, iştirakçılardan biri tərəfindən çəkilən görüntülərdə Makram bunları söyləyib: 

"Bizim, sadəcə, bir ölkəmiz var, O da Misirdir. Misir bizi bir araya gətirən məfhumdur. O, hara getsək də, qəlbimizdə yaşayacaq. Bununla bağlı mənfi bir fikrə dözümümüz yoxdur. Misir əlehinə danışan hər kəs doğranacaq".

Makramın əlini boynuna aparaq göstərdiyi kəsmək işarəsindən sonra iclasdakı bir qrup insan təəccübünü gizlədə bilməyib. Digər qrup isə onun bu fikirlərini alqışlayıb.

Nazir Makranın bu çıxışının videosunu sosial mediaya yükləyən "Misirli Kanadalıların Demokratiya Koloniyası" adlı təşkilatın üzvləri nazirdən şikayətçi olublar.

Təşkilatın  rəhbəri Əhməd Əbdülqadir "Anadolu Agentliyi"-nə verdiyi açıqlamada misirli nazirin Kanadada kanadalılara qarşı bu cür sözlərini skandal adlandırıb.

"Xaricdə yaşayan misirliləri təhdid edən rejimin Misirdə yaşayanlara nələr edə biləcəyini düşünmək o qədər də çətin deyil. İnsan haqlarını sistemli şəkildə pozan bu rejim artıq öz həmvətənlərini xaricdə də narahat edir. Eyni zamanda başqa bir rejimin nazirinin Kanadada kanadalıları təhdid etməsi görülməmiş bir şeydir. Biz kanada vətəndaşlığına keçmiş misirlilər olaraq Makramı polisə şikayət etdik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.