Dünya

Qadın ərini ona QİÇS yoluxdurduğuna görə məhkəməyə verir - Tarixdə ilk

23 İyul 2019 11:58
0 Şərh     Baxış: 2 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın ərini ona HİV virusu yoluxdurduğuna görə məhkəməyə verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada qadın ona cinsi əlaqə nəticəsində QİÇS yoluxduran həyat yoldaşından məhkəməyə şikayət edib.

Adı mətbuata açıqlanmayan 36 yaşlı qadın ərini bu səbəbdən məhkəməyə verən ilk qadın kimi tarixə düşüb. O, ərindən 50 min fund-sterlinq təzminat tələb edir.

Hazırda ərindən ayrılan qadın bildirib ki, əri özü də QİÇS-ə yoluxduğundan xəbərsiz olub.

Qeyd edək ki, QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) cinsi yolla yoluxan xəstəlikdir. Demək olar ki, müalicəsi yoxdur. Bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.