Dünya

Rusiya bu dövlətə qarşı sanksiyaları ləğv etdi

22 İyul 2019 18:00
0 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Eritreya dövlətinə qarşı sanksiyaları ləğv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, müvafiq fərman imzalayıb.

Sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq  2009-cu ilin dekabrından tətbiq edilib. Bu sanksiyalarla bütün dövlət müəssisələrinin, hüquqi və fiziki şəxslərin Eritreyaya silah, döyüş sursatı, hərbi texnika və ehtiyat hissələrini gətirməsi qadağan edilib. Bundan başqa, təlim xidmətlərinin təmin edilməsi və hərbi fəaliyyətlə bağlı hər hansı texniki və ya maddi yardımın təmin edilməsinə qadağa qoyulub.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 2009-cu ildə Eritreyaya qarşı Somalidə silahlı qruplaşmalara dəstək göstərdiyinə görə sanksiyalar tətbiq edib, 2018-ci ilin noyabrında ləğv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.