Dünya

Səudiyyə Ərəbistanı ölkədə ABŞ hərbi kontingentini yerləşdirməyə hazırdır

20 İyul 2019 09:15
1 Şərh     Baxış: 594

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud regionda təhlükəsizliyi təmin etmək məqsədi ilə ölkədə ABŞ hərbi kontingentinin yerləşdirilməsinə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "SPA" agentliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Amerika qüvvələrinin krallığın ərazisində yerləşdirilməsi regionda təhlükəsizliyin və sabitliyin, eləcə də sülhün təminatında birgə əməkdaşlığın səviyyəsinin artırılması üçündür".

Xatırladaq ki, ABŞ öz hərbçilərini Səudiyyə Ərəbistanından 2003-cü ildə çıxarıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ceyhun · 20 İyul 10:2500

    Əslində hərbi bazanı İsrail yaradır orda...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.