Dünya

ABŞ-da həbsdə olan türkiyəli bankir azad edildi

19 İyul 2019 20:00
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatların İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğuna görə ABŞ-da həbsdə olan türkiyəli bankir Məhmət Hakan Atilla iyulun 19-da azad edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Türkiyənin ən böyük maliyyə qurumlarından biri olan "Halk  Bank"ın sabiq direktor müavini ABŞ-dakı Miqrasiya Departamentinə gətirilib və buradan İstanbula göndəriləcək.

Hakan Atilla 2018-ci ilin mayında Nyu-Yorkun Manhetten məhkəməsinin qərarı ilə İrandan alınan neft və qazın satışından əldə edilən maliyyə vəsaitinin qanunsuz köçürülməsində təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Rəsmi Ankara bu məsələ ilə bağlı dəfələrlə Vaşinqtona müraciət edib və bildirib ki, sözügedən cinayət işi Türkiyə-ABŞ münasibətlərinə ciddi zərər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Hakan Atilla üzərində məhkəmə prosesini Ankaraya təzyiq vasitəsi kimi qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.