ABŞ Türkiyəyə qarşı sanksiyaya start verdi: Ankaraya 9 milyardlıq zərbə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Rusiyadan aldığı S-400 komplekslərinin ölkəyə gətirilməsindən sonra ABŞ-ın atacağı addımlar maraqla gözlənilirdi. Bununla belə Prezident Donald Trampla administrasiyası arasında bu məsələdə fikir ayrılığının olduğu hiss olunurdu. ABŞ dünən axşam saatlarında Türkiyənin F-35 müştərək hücum təyyarəsi proqramından çıxarılması mərhələsinin başandığını elan edib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Prezident Trampın müdaxiləsi ilə ötən bazar və cümə günü təxirə salınan Pentaqonun S-400 toplantısı dünən axşam saat 22:00-da baş tutub.
ABŞ müdafiə nazirinin müşaviri Ellen Lord bəyan edib ki, ABŞ və digər F-35 ortaqları Türkiyənin proqramdan uzaqlaşdırılması və rəsmən çıxarılması üçün mərhələnin başladılması məsələsində eyni mövqedədir.
Qeyd edək ki, Pentaqonun məlum açıqlamasından əvvəl Ağ Ev Türkiyə mövzusunda yazılı açıqlama ilə çıxış edib.
"Təəssüflər olsun ki, Türkiyənin rus S-400 hava müdafiə komplekslərini alması qərarı F-35-lərlə bağlı mövcud olan münasibətlərimizin davam etdirilməsinə imkan tanımayıb. F-35 onun imkanlarını öyrənmək üçün istifadə ediləcək rus kəşfiyyat toplama platforması ilə bir arada ola bilməz", - Ağ Ev açıqlamasında qeyd edilib.
Mütəxəssislər isə daha çox F-35 və Türkiyə mövzusunda Pentaqonla Ağ Evdən gələn açıqlamalarda istifadə olunan təmkinli dilə diqqət çəkirlər.
Ağ Ev Türkiyənin 65 ildir ki, NATO-nun köhnə və etibarlı bir müttəfiqi olduğunu vurğulayıb və sərt fikirlərdən mümkün qədər qaçıb: "ABŞ Türkiyə ilə strateji əlaqələrinə olduqca qiymət verir. NATO müttəfiqi olaraq əlaqələrimiz çoxtərəflidir və ancaq F-35-lər səviyyəsinə endirilə bilməz. Hərbi əlaqələrimizi güclü şəkildə və Türkiyədə S-400 sisteminin olmasına nəzərə alaraq, geniş formada iş davam etdirəcəyik".
Qeyd edək ki, Türkiyənin F-35-lərin istehsalı proqramından çıxarılmasından sonra görəcəyi zərər 9 milyard dollara yaxın olacaq. Türkiyənin F-35-lərin tədarük prosesindən çıxarılması səbəbindən proqramın özü 500-600 milyon dollar zərər görəcək.
Xatırladaq ki, Yaponiyada keçirilən G20 zirvə toplantısında ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiyadan S-400 kompleksləri almasına məcbur qaldığı və buna səbəb kimi sələfi Obamanın Türkiyəyə qarşı əngəl yaratmasını göstərmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həmin toyda gəlinə taxılan qızıllar kirayə imiş...
-
Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar - 7 nəfər itkin düşdü
-
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
Paşinyan Fransaya getdi
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
XƏBƏR LENTİ
-
Həmin toyda gəlinə taxılan qızıllar kirayə imiş...
-
Seru Qirassi Levandovskini geridə qoydu
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar - 7 nəfər itkin düşdü
-
Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş
-
Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi
-
Bakının hansı rayonunda daha çox insan yaşayır?
-
Nə mən, nə də həkimim burnumun nə vaxt sağalacağını bilmirik
-
Ayın 10-da şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq





