Dünya

Mumbayda 100 yaşı olan bina uçuldu - 14 nəfər altında qaldı

17 İyul 2019 15:14
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mumbayda 100 yaşı olan 4 mərtəbəli binanın uçulması faciəyə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 14 nəfər dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 2-si uşaq olmaqla 9 nəfəri xilas etmək mümkün olub.

Binanın uçulmasına isə son dövrlər müşahidə edilən musson yağışları səbəb olub. Binanın ətrafı dar küçə və döngələr olduğundan xilasetmə birqadası və texnikanın hadisə yerinə cəlb edilməsi çətinləşib.

Hazırda ərazi mühasirəyə alınıb və xilasetmə-axtarış işləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.