Dünya

İran Azərbaycanında daha bir fəal həbsə məhkum olub

16 İyul 2019 21:47
2 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Azərbaycanı və Tehranda türk fəallara qarşı artan basqıların davamı olaraq, Sarab həbsxanasında saxlanılan Səhənd Məalı bir il həbs və pul cəriməsinə məhkum olub.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Səhənd Məali keçən may ayından bəri Şərqi Azərbaycan vilayəti Sarab şəhərinin mərkəzi həbsxanasında daha əvvəl məhkum olduğu 10 aylıq həbs müddətini keçirməkdədir.

Yeni hökmün çıxarılması ilə bərabər onun həbs müddəti 22 aya yüksəlib.

İran Azərbaycanında siyasi fəalların həbsxanada ikən yeni həbs hökmləri ilə qarşılaşması artıq ənənə halına alıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran Azərbaycanında siyasi fəalların həbsxanada ikən yeni həbs hökmləri ilə qarşılaşması artıq ənənə halına alıb.

İnsan haqları üzrə məlumat yayan HRA agentliyinə istinadən, Səhənd Məali "məmurlarla toqquşma və yaralama" ittihamı ilə mühakimə olunub.

Agentlik bu haqda yazıb ki, "deyilənlərə görə, hakim məmurların ifadəsinə istinadən hökm çıxarıb. Halbuki Səhənd Məali hökm göstərmədən onu döyərək həbs edən məmurlara qarşı müqavimət göstərib."

Keçən həftələrdən bəri İran Azərbaycanı və Tehranda məhkəmələr türk fəallara qarşı bir-birinin ardınca həbs hökmləri çıxarırlar.

İyun ayının 24-də Tehran İnqilab Məhkəməsi mədəni fəal və Tehranda Traktor komandası tərəfdarlarının 21 yaşlı lideri Kazım Səfabəxşi 13 il həbsə məhkum edib. Daha sonra tanınmış türk fəal Abbas Lisani 8 il həbs və 2 il sürgün cəzası ilə qarşılaşıb. Tehran məhkəməsi həmçinin fəallar Tovhid Əmir-Əmini və Kiyanuş Aslani Qocabəyliyə qarşı müvafiq olaraq 9 il və 5 il həbs hökmü çıxarıb.

10 aylıq həbs müddətini çəkməsinə əlavə olaraq bir il həbsə məhküm olan Səhənd Məalinin vəziyyətinə diqqət yönəldən hüquq müdafiəçilərinə görə, artıq həbs müddətlərini bitirdikdən sonra məhbusların azadlığa buraxılacaqlarına dair zəmanət yoxdur.

Tehran Prokurorluğu iyun ayının 28-də Evin Həbsxanasında üç illik həbs müddətini tamamlayan türk fəal Siyamək Mirzayinin sərbəst buraxılmasına icazə verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.