Dünya

İranın dini lideri hədələdi: Britaniyanın addımı cavabsız qalmayacaq...

16 İyul 2019 18:14
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi İranda imamların toplantısında deyib.

İranın dini lideri əlavə edib ki, Britaniya dəniz quldurluğu edir, İranın gəmisini oğurlayır və onu qanuniləşdirir.

Xatırladaq ki, 4 iyulda Cəbəllütariq boğazında Britaniya Dəniz Qüvvələri İrana məxsus neft tankeri saxlayıblar.

Cəbəllütariq neft tankerinin Suriyaya getdiyi və Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə saxlanıldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.