Ruhani ABŞ-la danışıqlara razılaşdı, amma şərt qoydu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran ABŞ-la dərhal danışıqlara başlamağa hazırdır, lakin bunun üçün Vaşinqton Tehrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməli və nüvə sazişinə geri dönməlidir.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani bu bəyanatı Şimali Xorasan vilayətinə baş tutmuş səfəri çərçivəsində deyib.
"Biz həmişə danışıqlara inanmışıq... Onlar sanksiyaları ləğv etsələr, bizə qarşı iqtisadi təzyiqləri dayandırsalar və razılaşmaya qayıtsalar, biz də Amerika ilə elə bu gün, elə bu saat və istənilən yerdə danışıqlar apara bilərik" - Ruhani deyib.
"The Washington Post" qəzetinə müsahibəsində ABŞ Dövlət Katibi Mayk Pompeo İran liderinin bu ideyasını rədd edib. Pompeonun sözlərinə görə, bu təşəbbüs keçmiş prezident Barak Obama və keçmiş dövlət katibi Con Kerriyə İran tərəfindən edilmiş təklifdən heç nə ilə fərqlənmir.
Qeyd edək ki, Pompeonun haqqında danışdığı təklifdən sonra baş tutmuş danışıqlar nəticəsində 2015-ci ildə İran, ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi) imzalanıb. Bu saziş sonradan ABŞ Prezidenti Donald Trampın dəfələrlə tənqidinə məruz qalıb və nəticədə 2018-ci ilin mayında Vaşinqton sazişdən bir tərəfli şəkildə çıxıb.
"Aydındır ki, son qərarı Prezident Tramp verməlidir. Lakin əvvəlki administrasiya da bu yolla gedib və bu İranla nüvə sazişi ilə nəticələnib; hazırkı administrasiya, Prezident Tramp isə sazişi əsl fəlakət hesab edir", - Pompeo deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mərhum Xalq artistinin oğlu efirdə AĞLADI - VİDEO
-
Yalan ittiham edənləri hansı cəza gözləyir?
-
Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
-
Bakıda model fotosessiya zamanı gərgin anlar yaşadı - VİDEO
-
Hansı ixtisas qrupunda iştirakçı daha çoxdur?
-
“Gələcəyin əmək bazarında peşə təhsilli kadrlara tələbat daha da artacaq” - Təhsil mütəxəssisi
-
Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
-
Maaşla bağlı MÜHÜM XƏBƏR
-
Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
-
Afaq Bəşirqızı əməliyyat olundu
-
Dilan Polatın mühafizəçisi güllələnmədən saatlar ÖNCƏ - VİDEO
-
Bir gündə 7 bağlı cinayət də açıldı
-
Putin yenidən prezident olacaq? - Özü açıqladı
-
Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ - Qanun dəyişdi?
-
"Nişanımda oynamağıma yazırlar ki, bəysən, AĞIR OL"
-
İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
-
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
-
Avstraliyanı tarakan basdı
-
Mayk Tayson arvadını Bred Pittlə necə TUTDU? - FOTOlar
-
Bu BÜRClər diqqətli olsun - İyunda hər şey dəyişir
-
Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova SAXLANILDI
-
İspaniya öz meydanında İraqla BACARMADI
-
Alim vəfat etdi, üçgünlük matəm elan olundu
-
Merilin Monronun şəxsi əşyaları görün neçəyə satıldı





