Dünya

Şir ac balalarına görə filə hücum etdi - VİDEO

16 İyul 2019 10:34
2 Şərh     Baxış: 5 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dişi şir ac balalarına görə filə hücum edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iki vəhşi heyvanın mübarizəsi Cənubi Afrikadakı Krüqer Milli parkında qeydə alınıb.  

Hadisə şahidlərinin sözlərinə görə, balaları ilə vaxt keçirən dişi şir qəfl aktiv hərəkət etməyə və onlarla bərabər kolluqların arasından keçməyə başlayıb. Bir dəqiqədən sonra filin qışqırığı eşidilib.

Kadrlardan göründüyü kimi, caynaqları ilə filin üzündən yapışan şir onunla bir xeyli mübarizə aparıb. Fili yerə yıxmaq istəyən şir istəyinə çata bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.