Dünya

Pakistanda sel - Su 2 məscidi dağıtdı, 22 ölü

15 İyul 2019 16:34
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Kəşmir regionunda daşqınlar baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 22 nəfər həlak olub.

Ölkənin təbii fəlakətlərlə mübarizə idarəsinin direktoru Səid ur-Rəhmanın sözlərinə görə, daşqınlar nəticəsində 150-dən çox ev və 2 məscid dağılıb.

Hazırda dağılmış evlərdə təhlükədə qalan insanların təxliyə edilməsi üçün iş aparılır. Yerli sakinlərin müvəqqəti yerləşdirilməsi üçün hökumət düşərgələr təşkil edib.

Qeyd edək ki, son günlər Pakistanda yağan aramsız yağışlar daşqın və sürüşmələrə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.