Dünya

"Qucağında oturdub, nəbzimi yoxlayıb, öpürdü" - Dilarədən təcavüz etirafı - FOTO

15 İyul 2019 13:14
3 Şərh     Baxış: 18 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda həbsxanada saxlanılan "ilahiyyatçı" Adnan Oktarla bağlı yeni iddialar səsləndirilib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun yaxın adamları ifadə verərək Adnan Oktarın pedofilliyə meyilli olduğunu açıqlayıblar.

Bu barədə məlumat "Sabah" qəzetinin yazarı Atakan Irmakın məqaləsində qeyd olunub. Onun iddiasına görə Adnan Oktar öz müridlərinə: "yaş fərq etmir, qəşəng qızlar gətirin", "mənim yanıma gələn qızlar alt paltarı geyinməməlidirlər", - kimi tapşırıqlar verib.

Dilara Aktunç adlı qadın polisə gedərək Adnan Oktarın ona 6 yaşındaykən təcavüz etdiyini söyləyib. Qadın iddia edib ki, Adnan Oktar 15 yaşından sonra onu zorlayıb.

"6 yaşımdan 15 yaşıma qədər hər dəfə Adnan Oktarla görüşə gedəndə mənə qarşı seksual xarakterli hərəkətlər edirdi. Qucağında oturdub, nəbzimi yoxlayıb, qucaqlayıb, öpürdü", - Dilara ifadəsində söyləyib.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.