Dünya

Misirdə iki ən qədim piramida qonaqlar üçün açıldı - FOTO

15 İyul 2019 13:39
0 Şərh     Baxış: 4 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə iki ən qədim piramida ictimaiyyət üçün açılıb.

Milli.Az "The Sun"a istinadla bildirir ki, 1965-ci ildən sonra ilk dəfə misirlilərə və turistlərə oradakı iki ən qədim piramidaya daxil olmağa icazə verilib. Əraziyə gələn qonaqlar üçün 80 metr dərinliyə enərək ehramların içini seyr etmək şansı yaradılıb.

Bu ehramlardan biri "Bent" piramidasıdır. Firon Sneferunun dövründə qurulan piramidanın hündürlüyü 101 metrdir. Ehram Qahirənin cənubunda, Qizada, Daşur nekropolisində yerləşir. Onun 4600-dən çox yaşı var.

Qonaqlar həmçinin adıçəkilən fironun xanımı Hetepheres üçün tikilən piramidaya da daxil olub, gəzə bilərlər.

Milli.Az piramidanın fotolarını təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.