Dünya

Ərdoğan: "Bundan sonra yolumuza daha çox güvənərək davam edəcəyik"

14 İyul 2019 22:50
4 Şərh     Baxış: 2 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyadan alınan "S-400" zenit-raket komplekslərini Türkiyəyə çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Habertürk" telekanalında çıxışı zamanı bildirib.

"Ümid edirəm ki, "S-400" komleksinin tədarükü bu il bitəcək, ümumu proses isə 2020-ci ilin aprelinə kimi başa çatacaq. Bundan sonra yolumuza daha çox güvənərək davam edəcəyik".

Ərdoğan həmçinin Rusiyada hava müdafiə etmə sistemlərinin işlənməsində təlim ala biləcək Türk mütəxəssislərinin sayını artırma imkanını açıqlayıb.

Daha əvvəl Ərdoğan Rusiya ilə S-400 müqaviləsini "müasir Türkiyə üçün ən əhəmiyyətli müqavilə" adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.