Dünya

Tanınmış bloger faciəvi şəkildə öldü - FOTO

14 İyul 2019 17:39
0 Şərh     Baxış: 4 726

Tanınmış britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub.

"YouTube" və "Instagram" ulduzu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Emili Hartric "YouTube"dakı bloqu (340 min izləyici) və "Instagram" hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları "lifestyle" (həyat tərzi) və sağlam həyat tərzi olub. "YouTube" və "Instagram" ulduzu tez-tez məşqlərdən foto və videolar, həmçinin səyahətlərdən vloqlarla paylaşırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.