Dünya

İranda neft hasilatı son 30 ilin ən aşağı səviyyəsinə düşüb

14 İyul 2019 16:33
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda neft hasilatı iyun ayında bir sutka ərzində 2,28 milyon barellə düşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu son 30 ilin ən aşağı göstəricisidir.

Mövcud rəqəmlər Beynəlxalq energetik agentliyinin aylıq hesabatlarında açıqlanıb.

Agentliyin verdiyi məlumata görə, bu ilin may ayı ilə müqayisədə hasilat sutka ərzində 120 min barrelə enib. Neftin dəniz nəqliyyatı vasitəsilə tədarükü 450 min s/b azalaraq 530 min s/b təşkil edib.

2018-ci ilin mayına, yəni ABŞ-ın İranla imzalanan nüvə anlaşmasından çıxmasına qədər rəsmi Tehran 2,6 milyon barrel neft hasil edə bilirdi.

2019-cu ilin mayında isə ABŞ İrandna neft alan ölkələrə tətbiq olunan bir sıra istisnaları da qaldırıb. Bu səbəbdən Türkiyə İrandan günlük neft alımını 70 min barreldən 30 minə, Çin isə 100 mindən 40 min barelə qədər azaldıb. "Əgər sanksiya tətbiq olunan Suriya nəzərə alınmasa qalan neft tədarüklərinın hamısı naməlum istiqamətlərə yönəldilib", deyə BEA-nın sənədində bildirilir.

Verilən xəbərlərə görə, İran neftinin 2 ən böyük alıcısı Çin və Hindistan artıq digər alternaitv qaynaqlara da yönəliblər. Belə ki , Səudiyyə Ərəbistanı, İraq və Rusiya Çinə neft satışını artırıblar. Hindistan isə ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən neft alışını artırıb. Məsələn bu ilin yanvarında Səudiyyə Ərəbistanı Çinə 200 min s/b neft satırdısa iyun ayında bu göstərici 600 min barrel olub. 

Bu arada ABŞ administrasiyasının nümayəndələri Çinin İrandan aldğı 1 milyon barrelin rəsmi Tehrana qarşı tətbiq olunan neft sanksiyalarını pozduğunu dilə gətirirlər. Nüfuzlu Politico saytının məlumatına əsasən, Ağ Ev İran neftini alan Çin şirkətlərinə qarşı sanksiyalar gətirməyə hazırlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.