Dünya

ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyi vaxtı açıqladı

14 İyul 2019 11:15
1 Şərh     Baxış: 1 798

ABŞ hökuməti Türkiyəyə Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya tətbiq edəcək. Artıq yeni sanksiya paketinin hazırlandığı da açıqlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi özünün etibarlı mənbələrinə istinadla yayıb. Xəbərdə qeyd edilib ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.

Agentlik bundan başqa yazır ki, ümumi olaraq üç müxtəlif sanksiya paketi hazırlanıb. Bunların arasından ən məqsədəuyğunu seçilib. Tətbiqi nəzərdə tutulan sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı hələlik məlum deyil.

"Bloomberg" agentliyi sonda bildirib ki, önümüzdəki həftənin sonunda rəsmi Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    \\\\ · 14 İyul 18:4810

    ABŞ rəsmi İslamofob yolundadır...Hələ A.Güləni Türkiyə hökümətinə təhvil verib üzr istəməyərək, Türkiyəyə qarşı istənilən halda ədalətsiz addımları ata bilirlər. özü də "paket-paket".Amma 30 ildir İşğalçı, Terrorçu, Nasist, Homofob, İslamofob, Antisemit, Monoetnik, İnsan hüquqlarının norrma və principlərini, BMT qətnamələrini pozan; Azərbaycan əsirlərinə işgəncə verən, Soyqırımları törədən, Azərbaycanın Dini, Tarixi, Mədəni Abidələrini dağıdan və mənimsəyən, hətta Azərbaycanı (axırıncı dəfə bu məs ABŞ da baş verdi) yeni ərazi işğalları ilə hədələməyə davam edən ermənistana qarşı bir vərəqə də olsun ABŞ -in Sanksiyalarından düşmür???!!! Yeri gəlmişkən Türkiyə ÖMRÜ BOYU Türkiyənin sərhədlərini tanımayan, Türklərlə, Müsəlmanlarla düşmənçilik edən yüz minlərlə qeyri leqal ermənilər üçün məskən verib, onları yedizdirib firavan yaşadır halbuki məs ABŞ-in bu günki siyasəti ilə (onlar qeyri leqal miqrantları deport edir) eyni olaraq Türkiyə də erməniləri tam haqlı olaraq deport edə bilər (və Çoxdan Etməlidir!)..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.