Dünya

Keçmiş nazirin oğlu 12 milyonluq brilyant oğurladı - FOTO

14 İyul 2019 11:09
0 Şərh     Baxış: 3 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı aktrisa Mariya Şumakova soyulub.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, "Şirin həyat" serialının ulduzu bu barədə özü polisə məlumat verib.

O bildirib ki, çəkilişdə olarkən avtomobilinə soxulan quldurlar içində 1.2 milyon rubl (təqribən 32400 AZN - red.) qiyməti olan "Rolex" marka saatı, iPhone X marka mobil telefonu və 12 milyon rubl (təqribən 324 min AZN - red.) dəyərində brilyant qaşlı üzüyü olan çantasını oğurlayıblar.

Hadisə yerindəki təhlükəsizlik kamerasının görüntülərinə baxan hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsin fotorobotunu çıxarıblar. Afro-amerikalıya bənzəyən şəxsin axtarışları qısa zamanda nəticə verib.

Daha əvvəl iki dəfə narkotik səbəbindən həbs olunmuş Nikita Bokoyako tezliklə ələ keçirilib. Araşdırmalar zamanı onun Malinin keçmiş daxili işlər nazirinin oğlu olduğu, Sankt-Peterburqda təhsil aldığı da bəlli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.