Dünya

ABŞ altı yüz milyon dollarlıq helikopter satacaq

13 İyul 2019 22:51
0 Şərh     Baxış: 513

ABŞ-ın Xarici İşlər Nazirliyi Yunanıstana ümumi məbləği 600 milyon dollar olan 7 ədəd MH-60R helikopterin satışına başlayacaq.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ABŞ-ın Müdafiə Nazirliyi də xarici hərbi satışların reallaşdırılması ilə bağlı son rəsmi açıqlamaların birində bu məsələyə toxunub. Qeyd olunub ki, bu satışla Yunanıstan NATO hədəflərinə daha yüksək səviyyədə töhfə verəcək.
Bundan başqa, yayılan məlumata görə, satılacaq helikopterlər "Lockheed Martin" firmasına məxsusdur. Artıq satışın reallaşdırılması üçün ABŞ Konqresinin 30 gün ərzində bu məsələ ilə bağlı hər hansı bir etirazının olmaması lazımdır. Yalnız bundan sonra, yəni 30 gün bitdikdə satışın reallaşdırılması üçün görüşlərə başlanılacağı bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.