Dünya

İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: işçilər həbs edildi

13 İyul 2019 18:30
0 Şərh     Baxış: 1 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə koloniyası olan Cəbəllütariq muxtariyyəti Suriyaya tətbiq edilən sanksiyaları pozaraq bu ölkəyə neft daşıyan İrana aid tankerin 4 işçisini həbs edib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, onların içində gəminin kapitanı da var.

Cəbəllütariq polisindən verilən açıqlamada bildirilib ki, həbs edilənlərin hamısı Hindistan vətəndaşıdır. Onların məhkəmədə özünü müdafiə edə bilməsi üçün vəkil də təyin olunub.

Qeyd edək ki, İrana aid "Grace 1" neft tankerində işçi heyətinin əksəriyyətinin hind olduğu, aralarında pakistanlı və ukraynalıların da olduğu açıqlanmışdı. İşçilərin hamısını sorğuya çəkən Cəbəllütariq Ali Məhkəməsinin hakimi həbs müddətinin 14 gün olmasına qərar vermişdi.

Xatırladaq ki, İranın neft tankeri 4 iyulda saxlanılıb. İranın bunun İngiltərəyə baha başa gələcəyini bəyan edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.