Dünya

ABŞ-ın U-2 kəşfiyyat təyyarəsi İranın hava məkanına girdi

13 İyul 2019 18:12
3 Şərh     Baxış: 1 212

İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, U-2S Dragon Lady kəşfiyyat təyyarəsi İranın hava məkanına girərək onlarla kilometr irəliləyib, amma İranın Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilməyib.

"Plane Radar" resursu tərəfindən təqdim edilmiş məlumatlarına əsasən kəşfiyyat təyyarəsi (İCAO kodu-AE0950) İran səmasında uçarkən cəmi 1880 metr yüksəklikdə olub. Bu barədə Birləşmiş Ştatlarından hər hansı rəsmi şərh verilmir. Amma mütəxəssilər istisna etmirlər ki, təyyarə GPS sistemində baş vermiş pozuntu nəticəsində İranın hava məkanına daxil olub. Çünki əvvəllər bu regionda belə hallar qeydə alınıb, o cümlədən Amerikanın İran tərəfindən vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi də GPS koordinatlarının yanlış təyin edilməsi nəticəsində bu ölkənin hava sahəsinə girmişdi.

Hazırda Amerika hərbi kəşfiyyat təyyarələri İranın hava sərhədlərindən azı 15-20 kilometr məsafədən uçmağa çalışır, narahatlıq var ki, İran GPS sisteminin işini poza və nəticədə real koordinatların əvəzinə yalançı koordinatlar verə bilər.

Milli.Az 

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Hewal · 13 İyul 19:49103

    Əgər USA texnologiyalı GPS-ə müdaxilə edə bilirsə onda İran bildiyimizdən qat-qat güclüdür

    Cavab yaz
    • Anonim
      S · 13 İyul 21:4952

      Təbii ki, güclüdür.

      Cavab yaz
  • Anonim
    AZE · 13 İyul 21:5261

    Bu İran biz düşündüyümüzdən də irəli gedib.MaşAllah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.