Dünya

Telekanal binası gülləbaran edildi - VİDEO

13 İyul 2019 17:24
0 Şərh     Baxış: 1 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada telekanal binasına atəş açılıb. 

Milli.Az News24.az-a istinadla bildirir ki, hadisə bu gecə 03:40-da Deqtyarevskoy prospektində baş verib. Məlumata görə, telekanal hücum edənlər iki nəfər silahlı şəxs olub. Onlar daha sonra hadisə yerindən qaçıblar. Hadisə zamanı kimsə yaralanmayıb, yalnız binanın fasadı zədələnib.

Olay yerinə çağırış üzrə polis gəlib. Polis binanın fasadında hücumun izlərini təsdiqləyib və ərazini mühasirəyə alıb. Kiyev polisinin açıqlamasına görə, hadisə yerindən götürülən nümunələrin ekspertizaya göndərilib.

Polisdən o da bildirilib ki, gülləbaranla bağlı cinayət işi açılıb. Ölkə polisi hadisə ilə bağlı dəlilləri Ukrayna Təhlükəsizlik Xidmətinə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.