Dünya

Türkiyədə vəziyyət ruscadır - S-400-ü əldə edəndən sonra...

13 İyul 2019 16:30
0 Şərh     Baxış: 3 775

Beynəlxalq reytinq agentliyi "Fitch" Türkiyənin xarici valyutada uzunmüddətli emitentinin defolt reytinqini (EDR) "BB"-dən "BB-" səviyyəsinə endirib. Reytinq üzrə proqnoz isə mənfidir.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə agentliyin saytında yerləşdirilən press-relizdə bildirilir.

"Fitch" mütəxəssisləri reytinq qərarına təsir edən həlledici amillər sırasında Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkayanın tutduğu vəzifəsindən uzaqlaşdırılmasını, İstanbulda bələdiyyə sədri seçkilərinin yenidən keçirilməsini, eləcə də Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasını misal gətirirlər.

Agentlik xəbərdarlıq edir ki, S-400-ü əldə etməsi sayəsində Türkiyə sanksiyalara məruz qala bilər. İstənilən sanksiya isə ölkə iqtisadiyyatına təsir göstərə bilər.

Məlumatda bildirilir ki, Türkiyənin suveren reytinqinə baxış cari il noyabrın 1-ə planlaşdırılırdı.

"Lakin "Fitch" düşünür ki, ölkədə baş verən hadisələr qrafikdən yayınmağı tələb edir", - deyə məlumatda bildirilir.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.