Dünya

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

13 İyul 2019 08:18
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın hava hücumundan müdafiə sistemləri Suriyada qanunsuz silahlı birləşmələrinin 3 pilotsuz uçuş aparatı vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, PUA-lar Rusiyanın Suriyadakı aviabazası "Hmeymim"ə hücum zamanı məhv edilib.

Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib ki, iyulun 12-də gecə Suriyada qanunsuz silahlı birləşmələrin nümayəndələri "Hmeimim" hava bazasına İdlib tərəfdən PUA-larla hücum etməyə cəhd göstərib. Rusiyanın hava hücumundan müdafiə sistemləri vaxtında PUA-ları aşkar edərək məhv edib:

"Bununla da Xmeymim aviabazasına dron hücumunun qarşısnı alıb".

A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Latakiya vilayətinin Kinsibba yaşayış məntəqələrini, Sabikiya və Aleppo şəhərini və vilayətini atəşə tutublar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.