Dünya

Senatorlar Trampa Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

13 İyul 2019 08:43
0 Şərh     Baxış: 1 587

Bir qrup ABŞ senatoru, prezident Donald Trumpı Türkiyəyə S-400 raket sistemlərinin tədarükü ilə əlaqədar olaraq qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, senatorlar Türkiyəni "F-35" qırıcı təyyarələrinin proqramından iştirakı çıxartmaq təklif ediblər.

Senatorlar deyiblər: "Biz prezident Trampı "ABŞ-a tərəfdaş olmayanlara qarşı sanksiyalar haqqında" qanuna əsasən sanksiya tətbiq etməyə çağırırıq. Bundan əlavə, F-35-lərlə bağlı proqramı qeyri-müəyyən vaxta qədər dayandıran Türkiyənin ümumiyyətlə bu proqramdan çıxarılmasını tələb edirik".

Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb. Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.