Dünya

İnternetdə tanış olduğu oğlanla hotelə gedən qızın cəsədi tapıldı - FOTO

11 İyul 2019 11:59
0 Şərh     Baxış: 3 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23 yaşlı stüardessanın hotel otağından cəsədi tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya polisi Moskva hava limanına aid "Vnukovo" hotelindən tapılan cəsədlə bağlı araşdırmalar aparır.

Albina Muxametzyanova adlı 23 yaşlı stüardessanın məşuqəsi tərəfindən boğulduğu iddia olunur. Araşdırmalara görə, onu boğan şəxs cəsədi daha sonra hamama apararaq vannaya salıb.

Cinayəti törədən şəxs diqqət yayındırmaq üçün Albinanın ölümünü suda boğulubmuş kimi səhnələşdirib. Hotel işçilərinin dediyinə görə, stüardessa bir neçə dəfə həmin hotelə 25 yaşlı Nikita E. adlı oğlanla gəlib.

Cütlüyün sosial şəbəkədə tanış olduğu deyilir.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.