Dünya

Siyasətçi GTA 5-dəki videonu real hadisəymiş kimi paylaşdı, ələ saldılar - FOTO

10 İyul 2019 11:35
0 Şərh     Baxış: 3 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanlı siyasətçinin səhvi sosial şəbəkə istifadəçilərini qəhqəhəyə boğub.

Milli.Az Russian Today-a istinadla xəbər verir ki, Pakistanın "Avami Tehrik" partiyasının baş katibi Xürrəm Navaz Gandapur şəxsi Tvitter hesabında paylaşdığı videoya görə ələ salınıb.

Belə ki, o, məşhur GTA V (Grand theft auto V) oyunundakı kadrları real həyatda baş vermiş video kimi paylaşıb. Görüntülərin videooyundan olduğunu başa düşən siyasətçi kadrları Tvitterdən silib.

İzləyicilər: "Axır ki, Pakistana GTA V gəldi", "Bu videonun animasiya olduğunu anlamaq nə çətindir ki?" kimi şərhlər yazıblar.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.