Dünya

ABŞ-dan Türkiyəyə S-400-lərlə bağlı daha bir xəbərdarlıq

10 İyul 2019 08:19
2 Şərh     Baxış: 3 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərinin almasına qarşıdır. Vaşinqton "S-400" zenit-raket komplekslərinin əldə olunması "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.

"Bizim S-400 ilə bağlı mövqeyimiz dəyişməyib" -, o, brifinqdə deyib.

Rəsmi nümayəndənin sözlərinə görə, Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə mənfi nəticələrlə üzləşəcək: "Bu nəticələr "F-35" qırıcı təyyarələrinin proqramında iştiraki ilə bağlıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.