Dünya

Gürcüstanın baş nazirindən Putinin qərarına reaksiya

9 İyul 2019 22:37
0 Şərh     Baxış: 3 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar tətbiq etməməklə bağlı qərarına münasibət bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hökumət başçısı deyib ki, xalqlar arasında münasibətlərdə heç bir maneə olmamalıdır.

M.Baxtadzenin sözlərinə görə, xalqlar arasında əlaqələr böyük əhəmiyyətə malikdir və son illər bu istiqamətdə irəliləyiş əldə olunub.

Baş nazir qeyd edib ki, Gürcüstan cəmiyyətinin qütbləşməsinə cəhdlər qəbuledilməzdir.

M.Baxtadzenin sözlərinə görə, heç kəsə Gürcüstanı həm daxili, həm də xarici siyasətin aqressiv gündəliyinin əsirinə çevirməyə imkan verilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.