Dünya

Putindən Gürcüstanla bağlı gözlənilməz QƏRAR

9 İyul 2019 18:35
6 Şərh     Baxış: 14 478

Rusiya prezidenti Vladimir Putin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsini doğru hesab etmir.

Milli.Az bildirir ki, Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, Kreml rəhbəri qadağaların gürcü xalqına hörmətsizlik olacağını ifadə edib. Onun sözlərinə görə, qadağalar münasibətləri daha da gərginləşdirə bilər.

Xatırladaq ki, Dövlət Dumasında Gürcüstana qarşı iqtisadi tədbirlərin görülməsi barədə bəyənat qəbul olunub. Bəyanatda Gürcüstana qarşı sanksiyaların tətbiqinin məqsədəuyğun olduğu vurğulanıb və bu barədə prezident Vladimir Putinə müvafiq təkliflərin təqdim edilməsi tövsiyə edilib.

Bəyanatda deyilir ki, tədbirlər şərab, mineral su idxalını, ticarət sahəsini, o cümlədən turizmi əhatə edə bilər. Qadağaların tətbiqinin vacibliyi Rusiyaya qarşı təxribatların törədilməsi ilə əlaqələndirilib.Bildirilib ki, radikal qüvvələrin addımları ölkələr arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilər. Xatırladaq ki, Gürcüstanın "Rustavi 2 " televiziyasında Putinin təhqir olunması Rusiyada sərt etiraza səbəb olub.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    . · 9 İyul 18:3860

    Gutcustan Sakasvili ile inkisafdaydi o getdi xeyir bereket getdi

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 9 İyul 19:5161

      GÜRCÜLƏRDƏ ELƏ ERMƏNİ KİMİDİLƏR

      Cavab yaz
      • Anonim
        Geoegian lady · 9 İyul 20:4400

        sebeb?

        Cavab yaz
      • Anonim
        Weird · 10 İyul 16:2400

        Gurculer merd milletdi itnen qurdnan muqayise elemiyin... Mence Ermenilerle muqayise olunacaq bir varliq yoxdur ki deyesen buna benzeyir...

        Cavab yaz
  • Anonim
    Süleyman · 9 İyul 22:1033

    Putinin bu qərarı onun müdrikliyini göstərir, o yaxşı başa düşür ki, bir adam(kim olsa da) xalqın adından danışa bilməz.

    Cavab yaz
    • Anonim
      Oxucu · 10 İyul 16:2220

      Putin "dovşana qaç, tazıya tut" deyir.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.